Hindistan rekord həcmdə məhsul əldə etdiyindən son iki ildə ilk dəfə olaraq taxıl ixracına icazə verib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, taxıl satışı gələn ilin mart ayınadək davam edəcək.
Xatırladaq ki, iki il bundan öncə Hindistan hakimiyyəti məhsul qıtlığı səbəbindən taxıl ixracına qadağa tətbiq edib və taxıl idxalına başlayıb. 2007-ci ildə ölkəyə təqribən 2 mln. ton taxıl idxal olunub.
Qeyd edək ki, Hindistan taxıl istehsalı həcminə görə, dünyada ikinci ölkədir. /ANS PRESS/