Hindistan sakini 37 ildir çimmir
25 İyun 2011 Şənbə 05:19
Hindistan sakini oğlu olsun deyə 37 ildir çimmir. Sinqxə bir din xadimi su ilə yuyunmasa oğlu olacağını deyib.
Hndstan sakini 65 yaşlı Kaylaş Sinqx 37 ildir çimmir. Yaşlı hindistanlının su ilə yuyunmamasının səbəbi isə oğlu olmasını ümid etməkdir. Məlumata görə, 1974-cü ildə ailə həyatı quran və daha sonra çimən Sinqxə bir din xadimi su ilə yuyunmasa oğlu olacağını deyib. Vaxtını inəkləri sağmaqla, od ətrafında rəqs etməklə keçirən Kaylaş Sinqx bütün gün “Hindu Şiva”ya dua edir.
Qeyd edək ki, din xadiminin bu “natəmiz” tövsiyyəsinin Sinqxə heç bir xeyri olmayıb. Belə ki, 37 ildir sudan uzaq olan hindistanlının 7 qızı var.
Həyat yoldaşı 60 yaşlı Kalavati Devi bir neçə dəfə ərini hamama göndərməyə çalışsa da Kaylaş Sinqx hər dəfə qaçaraq “çirkli” ənənəsini qorumağa müvəffəq olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: