Hindistan sahilində qalan gəmidə vəziyyət pisləşir
19 Avqust 2009 Çərşənbə 14:05
Bu səbəbdən, soydaşlarımız pasportlarını almadan 2-3 günə geri dönəcəklər

 

İki aya yaxındır ki, Hindistan sahilləri yaxınlığında saxlanılan Türkiyənin «Ece a tanker group» şirkətinə məxsus gəminin 5 azərbaycanlı heyət üzvü 2-3 gün ərzində vətənə qayıdacaq.

Bu barədə Azərbaycanın Hindistandakı səfirliyinin siyasi məsələlər üzrə attaşesi Həbib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, gəmidə vəziyyət günü-gündən pisləşir və bu səbəbdən soydaşlarımız əmək haqqlarını və pasportlarını almağı gözləmədən vətənə dönmək qərarına gəliblər. Cənab Məmmədov onu da deyib ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Anar Mehdiyevə malyariyanın yüngül formasına yoluxma diaqnozu qoyulub. Ona müvafiq dərman preparatları yazılıb və həkimlər onun təyyarə ilə uçmasına icazə verib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar