Hindistan ilk nüvə sualtı qayığı istifadəyə verib. Bununla da Hindistan bu növ silaha sahib çıxan ölkələr arasında altıncı olub. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, 6 min tonnajlı «Arixant» sualtı qayığın istifadəyə verilməsi mərasimi Hindistanın cənub-şərqində keçirilib. Mərasimdə ölkənin baş naziri Manmohan Sinqh da iştirak edib.
Sualtı qayıq Hindistanda rusiyalı mütəxəssislərin iştirakı ilə inşa edilib.
Yaxın vaxtlarda Hindistanda daha bir anoloji qayığın tikintisi başa çatacaq.
Qayıq bir neçə il sınaq rejimində fəaliyyət göstərəcək. Daha sonra isə hərbi xidmət rejiminə keçəcək və raketlərlə silahlanacaq.
Bu vaxtadək nüvə sualtı qayığına Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin malik idi. /ANS PRESS/