Hindistan ilk hərbi peykini göndərdi
30 Avqust 2013 Cümə 22:33
Qurğunun kosmosa göndərilməsində əsas məqsəd ölkənin təhlükəsizlik və müşahidə qabiliyyətini artırmaqdır.
Hindistan ilk hərbi peyki olan “GSAT-7”-ni havaya qaldırıb. ANSPRESS-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hindistan Kosmos Araşdırmaları Mərkəzi bildirib ki, peyk cümə günü erkən saatlarında sınaqdan uğurla keçirilib. Mərkəzdən verilən açıqlamada həmçinin “GSAT-7”-nin gələn həftə orbitə yerləşəcəyi də qeyd olunur. Qurğunun kosmosa göndərilməsində əsas məqsəd Hind dəniz qüvvələrinin təhlükəsizlik və müşahidə qabiliyyətini artırmaqdır.
Hindistanın hərbi peykə sahib olması ölkənin milyardlarla dollarlıq peyki olan dövlətlər arasında çəkisinin artmasının göstəricisidir. Hindistan Kosmos Araşdırmaları Mərkəzindən verilən məlumatda bu ölkənin Marsa insansız kosmos qurğularının göndərilməsi üzərində işlədiyi də qeyd olunur.
DOSTLARINLA PAYLAŞ: