Hindistan da kosmosa can atır
26 Avqust 2010 Cümə Axşamı 22:55
Bu ölkədə kosmosun öyrənilməsinə dair proqrama ayrılan vəsaitin artırılması haqda qərar qəbul edilib.
Hindistan kosmosun öyrənilməsinə dair proqrama ayrılan vəsaitin artırılması haqqında qərar qəbul edib. Bu haqda Hindistanda keçirilən “Speys ekspo-2010” ən yeni kosmik texnologiyaların beynəlxalq sərgisində iştirak edən “Antriks” şirkətinin icraçı direktoru Şridxara Mutri məlumat verib. Onun sözlərinə görə, kosmik proqramın xərcləri hər il orta hesabla 15 faiz artırılır.

2014-cü ilə qədər Hindistan bu məqsədlə 100 milyard rupi (2,2 milyard dollardan çox) ayıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar