Hindistan ABŞ-dan "Boeing C-17" alacaq
10 Yanvar 2010 Bazar 21:50
Hindistan ABŞ-dan "Boeing C-17" alacaq. Tərəflər arasındakı razılaşmanın məbləği açıqlanmır.
Hindistan ABŞ-la razılığa gəlib. Belə ki, rəsmi Dehli Amerikadan 10 ədəd "Boing C-17" yük təyyarəsi almağı planlaşdırır. Artıq Hindistanın müdafiə naziri Birləşmiş Ştatların təyyarə istehsalı ilə məşğul olan şirkətinə "Boing C-17 Globemaster" yük təyyarələrinin alınması üçün müraciət edib.
Qeyd edək ki, tərəflər arasındakı razılaşmanın məbləği açıqlanmır. "Boing"in Hindistan bölməsi üzrə nümayəndəsinin sözlərinə görə, alınan yeni təyyarələr ölkənin silahlı qüvvələrində olan An-32 və İl-76 Rusiya istehaslı olan təyyarələri əvəz edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: