Hillari Klintonun vəziyyəti ağırdır
31 Dekabr 2012 Bazar Ertəsi 09:31
Xəstəxanaya çatdırılan Klinton 48 saat həkim nəzarətində qalacaq.
ABŞ Dövlət katibi Hillari Klinton xəstəxanaya çatdırılıb. “Doğan” agentliyinin (DHA) məlumatına görə, ABŞ XİN rəhbərində tromb aşkarlanıb. Nyu York “Presbyrterian” xəstəxanasına çatdırılan Klintonun 48 saat həkim nəzarətində qalacağı bildirilib.

Xatırladaq ki, xanım Klinton dekabrın 15-də susuzluq səbəbindən evində huşunu itirərək yıxılmış və onun beyninin silkələndiyi açıqlanmışdı. ABŞ Dövlət departamentinin rəsmisi isə Klintonun mədə virusundan əziyyət çəkdiyini bildirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar