Hillari Klintonun Hinidstana rəsmi səfəri başlayıb
18 İyul 2009 Şənbə 04:00
Birləşmiş Ştatların dövlət katibi bu gün Mumbayda biznes və ictimai təşkilat nümayəndələri ilə görüşəcək

ABŞ-ın dövlət katibi Hillari Klintonun Hindistana rəsmi səfəri başlayıb. ANS PRESS, “Reuters”ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibi bu gün Mumbay şəhərində biznes və ictimai təşkilatların nümayəndələri ilə görüşəcək. O, Mumbayda 166 nəfərin ölümünə səbəb olmuş terror aktı qurbanlarının xatirəsini də yad edəcək.
Bazar günü isə Dehlidə Hillari Klintonun Hindistanın baş naziri Manmoxan Sinqlə görüşəcək. Görüşdə ABŞ və Hindistan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar