Hillari Klinton Yaponiyada səfərdədir
17 Aprel 2011 Bazar 10:41
Hillari Klinton Yaponiyada səfərdədir. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə görülən işlər müzakirə edilir.
ABŞ-ın dövlət katibi Hillari Klinton bir müddət əvvəl dəhşətli təbii fəlakətdən zərər çəkmiş Yaponiyaya səfər edib. Səfər martın 11-də baş vermiş dağıdıcı zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasında ABŞ-ın müttəfiq Yaponiya hökumətinə dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.
Hillari Klintonun bir neçə saatlıq səfər çərçivəsində Yaponiyanın xarici işlər naziri, baş nazir, imperator və imperatriçə də daxil olmaqla bir sıra yüksək rütbəli rəsmilərlə görüşləri olub.
Qeyd edək ki, ABŞ-ın Yaponiyada həyata keçirdiyi ən böyük humanitar yardım missiyası çərçivəsində
20 minədək hərbçi bərpa işlərinə cçəlb olunub. Amerika Birləşmiş Ştatları eyni zamanda təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən Fukusima atom-elektrik stansiyasında yaranmış böhran vəziyyətin aradan qaldırılmasında Yaponiyaya kömək edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: