Hillari Klinton xəstəxanadan evə buraxılıb
03 Yanvar 2013 Cümə Axşamı 09:55
ABŞ-əın dövlət katibi Hillari Klinton müalicəsini evdə davam etdirəcək.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton xəstəxanadan evə buraxılıb. Hillari Klinton dekabrın 31-dən Nyu-York xəstəxanalarından birində müalicə alırdı. Onu xəstəxanadan çıxışda həyat yoldaşı, ABŞ-ın eks-prezidenti Bill Klinton və qızları Çelsi müşayiət edib. Bundan sonra dövlət katibi müalicəsini ev şəraitində davam etdirəcək.

Xatırladaq ki, Hillari Klinton yeni il axşamı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada həkimlər onun beynində dammar trombu aşkarlamışdı. Bu yaxınlarda isə Klintonun həkimləri onun sinir sisteminin zərər görmədiyini və buna görə tamamilə sağalacağını bildirmişdilər. Həkimlər insult şübhəsinin də özünü doğrultmadığını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar