Hillari Klinton Türkiyəyə gəlir
23 Mart 2012 Cümə 04:22
Dövlət Departamentinin katibi Hillari Klinton “Suriyanın Dostları” konfransında iştirak edəcək.
ABŞ Dövlət Departamentinin katibi Hillari Klinton aprelin 1-də Türkiyəyə səfər edəcək. Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland aprelin 1-də İstanbulda “Suriyanın Dostları” konfransının keçiriəcəyini xatırladaraq xanım Klintonun bu tədbirdə iştirak edəcəyini deyib. Viktoriya Nuland tədbirdə BMT nümayəndəsinin də iştirak edəcəyini istisna etməyib.
DOSTLARINLA PAYLAŞ: