Hillari Klinton Türkiyədə Provaslav Patriarxlığını ziyarət edib
16 İyul 2011 Şənbə 17:22
ABŞ-ın dövlət katibinin görüşü mətbuata açıqlanmayıb.
Türkiyədə rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Balatdakı Fener Yunanıstan Provaslav Patriarxlığını ziyarət edib. Təxminən 50 dəqiqə Partriarxlığda olan ABŞ dövlət katibi H. Klinton patriarx Patrik Varfolomey ilə görüşüb.
Hillari Klintonun gəlişi ilə əlaqədar patriarxlıq və ətraf ərazilərdə güclü təhlükəsizlik tədbirləri görülüb. ABŞ-ın dövlət katibi hündür avtomobildən yerə qoyulmuş taxta parçasının vasitəsilə çətinliklə enə bilib. Hillari Klinton – Patrik Varfolomey görüşü mətbuata qapalı keçib. anspress
DOSTLARINLA PAYLAŞ: