Hillari Klinton: "Terrorla mübarizə davam edəcək"
03 May 2011 Çərşənbə Axşamı 00:00
ABŞ-ın dövlət katibi Hillari Klinton talibləri dinc, siyasi proseslərdə iştiraka dəvət edib.
Birləşmiş Ştatlar və digər dövlətlər Bin Ladenin ölümündən sonra da terrorla mübarizədə cəhdlərini artırmalıdır. Belə bir bəyanatla ötən gün ABŞ dövlət katibi Hillari Klinton çıxış edib. Xanım Klintonun sözlərinə görə, dünyanın bir nömrəli terrorçusunun ölümündən sonra da “Əl-Qaidə” və onların müttəfiqi olan “Taliban”la mübarizəni davam etdirmək lazımdır.

Klinton taliblərə ismarıc da göndərib: “Bizim “Taliban”a ismarıçımız elə olduğunu kimi qalır. Siz bizim ölkədən çıxmağımızı gözləməyin. Siz bizi məğlub edə bilməzsiniz. Yalnız bir seçiminiz var: “Əl-Qaidə”dən əlinizi üzüb dinc, siyasi proseslərdə iştirak etmək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar