Hillari Klinton Suriyaya hərbi müdaxilənin şərtlərini açıqladı
01 İyun 2012 Cümə 02:05
Hillari Klinton: Bu məsələdə geniş konsensusun mövcudluğu vacibdir.
ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib ki, Suriyaya xarici hərbi müdaxilə yalnız bir şərtlə mümkündür: bütün dünyada bu məsələdə geniş konsensusun mövcudluğu. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, Hillari Klinton deyib ki, hərbi əməliyyatın keçirilməz üçün razılıq təkcə ABŞ-ın dünyayadakı müttəfiqlərindən yox, həm də Bəşər Əsəd rejimini dəstəkləyən ölkələr - Rusiya və Çindən alınmalıdır. Bununla belə, dövlət katibi Liviya ssenarisini nümunə göstərib: Çin və Rusiyanın etirazlarına rəğmən hərbi əməliyyat keçirildi.
Hillari Klinton bəyan edib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Moskva və Pekini Suriya hakimiyyətinə qarşı sərt mövqernin vacibliyinə inandırmaq cəhdlərini davam etdirirlər. Amerika diplomatiyasının bu istiqamətdə səylərdən hansı nəticələri gözlədiyinə gəlincə, dövlət katibi bunu açıqlamayıb. O, Suriya münaqişəsinə xarici hərbi müdaxiləni vacib sayıb-saymadığını da dilə gətirməyib. Hillari Klinton yalnız onu qeyd edib ki, Suriyada vətəndaş müharibəsinin böyüməsi Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olacaq. Bundan başqa, Amerika diplomatiyasının rəhbəri deyib ki, Rusiyanın mövqeyi hadisələrin bu istiqamətdə inkişafına aparır.
DOSTLARINLA PAYLAŞ: