Hillari Klinton Serj Sarkisyana məktub göndərib
15 May 2009 Cümə 14:30
Dövlət Katibi ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana davamlı dəstək verməyə hazır olduğunu bildirib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərib. "Novosti-Armeniya" agentliyinin yaydığı məlumata görə, Hillari Klinton məktubunda ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana davamlı dəstək verməyə hazır olduğunu bildirib. O, ikitərəfli əlaqələrə və "Minilliyin çağırışı" korporasiyasının ayırdığı maliyyə yardımı ilə Ermənistanda həyata keçirilən proqramların perspektivinə də toxunub. Dövlət katibi qeyd edib ki, İrəvan bələdiyyəsinə seçkilərin azad və ədalətli keçirilməsi Ermənistanın demokratik prinsiplərə bağlılığını yenidən göstərəcək.
Xatırladaq ki, mayın 31-də İrəvan ağsaqqallar şurasına seçki keçiriləcək. «İrəvanda yerli idarəetmə haqqında» qanuna uyğun olaraq qurum 65 deputatdan ibarət olacaq. Proporsional sistem üzrə keçiriləcək seçkidə qalib gələn partiyanın namizədlər siyahısında 1-ci olan şəxs avtomatik olaraq İrəvanın meri vəzifəsini tutacaq./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar