Hillari Klinton səfirin ölümünə görə məsuliyyət daşıdığını dedi
16 Oktyabr 2012 Çərşənbə Axşamı 10:45
Dövlət katibi: Barak Obama və Co Bayden diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə qərar qəbul etmirlər.
ABŞ dövlət katibi Hillari Klinton ölkənin diplomatik missiyalarının, həmçinin ötən ay ABŞ-ın Liviyadakı səfiri Kris Stivensin öldürüldüyü Benqazi şəhərində konsulluğun təhlükəsizliyinə görə məsuliyyət daşıdığını bəyan edib.
ABŞ kanalına verdiyi müsahibədə Hillari Klinton qeyd edib ki, nə prezident Barak Obama, nə də vitse-prezident Co Bayden diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə qərar qəbul etmirlər.
Liviya səfirinin öldürülməsinin səbəbinin araşdırılması ABŞ-da seçkiqabağı kompaniyanın əsas mövzusuna çevrilib. ABŞ konqressi komitəsinin məlumatına görə, dövlət departamenti Benqazi konsulluğunun əlavə təhlükəsizlik tədbirlərin görülməsi xahişini rədd edib.
DOSTLARINLA PAYLAŞ: