Hillari Klinton Rusiyada səfərdədir
29 İyun 2012 Cümə 11:46
ABŞ-ın dövlət katibi Hillari Klinton Serqey Lavrovla görüşəcək.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Rusiyaya səfər edib. Sankt-Peterburqa gələn Klinton ilk olaraq Qələbə Meydanındakı abidənin önünə gül qoyub.
Bundan sonra Hillari Klinton Rusiyanın sədrliyi ilə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində "Qadınlar iqtisadiyyatda" forumunda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

ABŞ-ın dövlət katibi Sankt-Peterburqda Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Federasiya Şurasının spikeri Valentina Matviyenko ilə də görüşəcək. Lavrovla görüşdə Suriya münaqişəsinin əsas müzakirə mövzusu olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar