Hillari Klinton Məmmədyarova minnətdarlıq etdi
04 İyun 2011 Şənbə 16:56
ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər nazirinə ölkəmizin terrorizmlə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində bu ölkənin Dövlət Katibi xanım Hilari Klinton ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilk öncə, xanım Klinton nazir Məmmədyarovu salamlayaraq, Azərbaycanı terrorizm ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələri, xüsusilə enerji sahəsindəki əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar