Hillari Klinton Meksikaya səfər edəcək
23 Yanvar 2011 Bazar 00:35
Hillari Klinton Mekskika rəsmiləri ilə narkotik kartelləri ilə mübarizə yolları ətrafında müzakirələr aparacaq.
ABŞ-ın dövlət katibi Hillari Klinton bazar ertəsi Meksikaya işgüzar səfərə gedəcək. Bu barədə məlumatı Meksikanın Xarici İşlər Nazirliyi yayıb. Məlumatda deyilir ki, iki xarici siyasət idarəsi rəhbərinin görüşü paytaxt Mexikodan 360 kilometr şimal-qərbdə yerləşən Quanaxuato şəhərində keçiriləcək: “Danışıqlar mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, sərhəd əməkdaşlığı, ticari-iqtisadi əlaqələrə dair məsələlər müzakirə ediləcək.

Hillari Klintonun Meksikaya səfəri çərçivəsində “Merid planı” adlandırılan prosesin gedişi barədə fikir mübaridəçi aparılacaq. Bu plana görə, Birləşmiş Ştatlar 2008-ci ildən başlayaraq Meksikaya narkotik kartelləri ilə mübarizə üçün 1,5 milyard dollar dəyərində avadanlıq və texnika verməlidir. ABŞ Meksikanın ordu və aolis dəstələrinə təlim keçilməsi, İraq və Əfqanıstandakı təcrübə nəzərə alınmaqla terror əleyhinə mübarizəyə yeni metodların əlavə edilməsi öhdəliyini də götürüb.

Meksika prezidenti Felipe Kalderon dəfələrlə Amerika hakimiyyətini narkomafiya və və qanunsüuz silah dövriyyəsinə qarşı mübarizə məsuliyyətini bölüşməyə, iki ölkənin hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları arasında fəaliyyətin əlaqələndirilməsinə çağırıb.

Müstəqil ekspertlərin hesağblamalarına görə, Meskika narkoartellərinin əsas kokain istehlakçısı olan Birləşmiş Ştatlara narkotik qaçaqmalçılığından əldə etdiyi gəlir onlarla milyard dollarla ölçülür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar