Hillari Klinton İsrailin addımını pislədi
10 Yanvar 2011 Bazar Ertəsi 12:55
ABŞ rəsmisi Hillari Klinton yəhudilərin “Shepherd” otelini sökməsinə qarşı çıxıb.
"İsrailin ötən gün Şərqi Qüdsdə sökülən mehmanxana kompleksinin yerində yəhudi məskənləri üçün evlərin tikilməsi planı Yaxın Şərqdə sülh prosesini pozacaq". ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton bəyan edib.
Qeyd edək ki, fələstinlilər öz tarixi torpaqları olan Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrail nümayəndələri isə nəzarətləri altında olan hər yerdə, o cümlədən Şərqi Qüdsdə tikinti aparmaq hüquqlarının olduqlarını bəyan edirlər.
“Hər bir ölkə digər dövlətləri məlumatlandırmadan bu kimi fəaliyyətlər həyata keçirmək hüququna malikdir”, - deyə İsrailin infrastruktur naziri Uzi Landau bildirib.
İsrail tərəfinin məlumatına görə, “Shepherd” mehmanxana kompleksinin bir hissəsi yəhudi məskənləri üçün 20 evin inşasına ilə əlaqədar sökülüb.
Kompleks 1930-cu illərdə inşa edilib. O zaman burada Qüds müftisi Muhəmməd Amin əl-Hüseyni yaşayıb. Otelin hazırki statusu mübahisəlidir. İsrail təkid edir ki, mehmanxana İsrail-Amerika bənnalarına məxsusdur. Fələstinlilər isə deyirlər ki, o, 1967-ci ildə Şərqi Qüdsün İsrail tərəfindən işğalından sonra qanunsuz olaraq zəbt edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: