Hillari Klinton İsrailə səfər edib
03 Mart 2009 Çərşənbə Axşamı 12:55
ABŞ dövlət katibinin bu gün İsrail rəsmiləri ilə görüşləri nəzərdə tutulub

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton İsraildə rəsmi səfərdədir. İlk dəfədir ki, Amerika rəsmisi kimi bu ölkəyə səfər edən Klintonun bu gün İsrail rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Bundan başqa, onun Ramallahda Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasla görüşəcəyi də gözlənilir. Bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb. İsrailə yola düşməzdən əvvəl isə, Hillari Klinton bildirib ki, onun ölkəsi Yaxın Şərq münaqişəsinin həlli edilməsi üçün bütün yollara əl atacaq və münaqişənin «2 dövlət 2 xalq» prinsipi əsasında öz həllini tapması üçün əlindən gələni edəcək.
Xatırladaq ki, ötən gün, dövlət katibi Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən və fələstinlilərə yardım məsələlərini əhatə edən beynəlxalq konfransda iştirak edib. Hillari Klinton bəyan edib ki, rəsmi Vaşinton, «Həmas»ın əlinə keçməmək şərti ilə, Qəzza zolağının bərpasına 900 milyon dollar yardım ayırmağa hazırdır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar