Hillari Klinton Haitiyə gedib
17 Yanvar 2010 Bazar 01:05
Hillari Klinton zəlzələnin nəticələrinin miqyasını yerində öyrənəcək.
ABŞ-ın dövlət katibi Hillari Klinton Haitiyə səfər edib. O, güclü zəlzələ nəticəsində baş vermiş dağıntıların miqyasını yerində təhlil edəcək.
Hillari Klinton Haitinin paytaxtı Port-o-Prensin sakinlərinə hümanitar yardım aparıb. Dövlət katibini yüksək vəzifəli Amerika siyasətçiləri müşayiət edirlər.
Hillari Klinton Haiti prezidenti Rene Prevalla da görüşəcək və dağıntıların miqyasına baxacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: