Hillari Klinton Gürcüstandadır
05 İyun 2012 Çərşənbə Axşamı 00:28
ABŞ-ın dövlət katibi Hillari Klinton Batumidə iki gün qalacaq.
ABŞ-ın dövlət katibi ötən axşam regional turnesi çərçivəsində Gürcüstana gedib. ANS PRESS-in “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatların xarici siyasət idarəsi rəhbərinin təyyarəsi Batumi beynəlxalq hava limanına enib. Hillari Klintonu Gürcüstanın xarici işlər naziri Qriqol Vvaşadze, onun müavini Nino Kalandze, Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili, Acarıstanın hökumət rəhbəri Levan Varşalomidze, eləcə də, ABŞ-ın Gürcüstandakı səfiri Con Bas qarşılayıblar.
Hillari Klinton Batumidə iki gün qalacaq. O, iyunun 6-da səhər Bakıya yola düşəcək. Bu gün ABŞ-ın dövlət katibi Gürcüstan prezidenti Mixail Saakaşvili, eləcə də, müxalifət nümayəndələri ilə görüşəcək. Hillari Klinton Gürcüstanın baş naziri Nikoloz Gilauri ilə birlikdə ABŞ-Gürcüstan strateji müttəfiqliyi üzrə komissiyanın iclasına həmsədrlik edəcək.
DOSTLARINLA PAYLAŞ: