Hillari Klinton Ərdoğanla görüşüb
07 Mart 2009 Şənbə 16:10
Daha sonra ABŞ dövlət katibi Atatürkün qəbrini -Anıtkabiri ziyarət edib

Bu gün Türkiyəyə gələn ABŞ dövlət katibi Hillari Klinton ilk olaraq Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşüb. Görüşə xarici işlər naziri Ali Babacan da qatılıb. Görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, Fəlsətin, İraq, Əfqanıstan və terrorla mübarizə kimi qlobal məsələlər də müzakirə edilib.
Daha sonra isə ABŞ dövlət katibi Anıtkabiri ziyarət edib. Klinton qəbrə gül çələngi qoyayaraq  Anıtkabir özəl dəftərinə qeyd edib. H. Klinton dəftərə aşağıdakıları yazıb: “Bu böyük ölkənin yaradıcısına hörmətimizi və Amerika xalqının dostluğunu göstərmək üçün ölkəm adından bura bir daha ziyarət etməkdən qürur duyuram".
Daha sonra isə mətbuata qısa açıqlama verən Klinton bu böyük ölkəyə gəlməkdən və Amerika xalqının Türk xalqına olan dostluğunu göstərməkdən  qurür duyduğunu bildirib: “Sonuncu dəfə Türkiyəyə gələndə həyat yoldaşım prezident idi, bu dəfə isə Obama hökumətinin  xarici işlər naziri kimi gəlirəm. Ziyarətim ABŞ və Türkiyə olaraq sülh, inkişaf və rifah üçün etməli olduğumuz çalışmaları vurğulamaq məqsədi daşıyır”./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar