Bu gecə dövlət katibi səlahiyyətləri Con Kerriyə keçib.
Hillari Klinton rəsmən dövlət katibi vəzifəsindən gedib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, Dövlət Deparatmentində bununla bağlı rəsmi vida mərasimi keçirilib.
Hillari Klinton həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və bildirib ki, dövlət katibi postunda dörd illik xidmət onun üçün şərəf olub.
Hillari Klintonun son iş gününə ABŞ-ın Ankaradakı səfirliyindəki partlayış kölgə salıb. “Biz çox çətin və təhlükəli dövrdə yaşayırıq. Buna bu gün bir daha əmin olduq. Bilirəm ki, bizim XXI əsrdə qurmaq istədiyimiz dünyanı çoxlu çətin günlər gözləyir. Amma bu gün son dörd il əvvəlkindən daha nikbinəm”, - keçmil dövlət katibi Dövlət Departamentinin əməkdaşları ilə vida görüşündə deyib.
Hillari Klinton Dövlət Departamentini tərk etməzdən əvvəl Barak Obamaya məktub yazıb. “Sizin administrasiyasada çalışmaq, bu ölkəni dünyada təmsil etmək mənim üçün böyük şərəf idi”, - məktubda deyilir.
Dövlət katibi saləhaiyyətləri yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 01.00) Con Kerriyə keçib. Yeni dövlət katibi qapalı toplantıda and içib.
Xatırladaq ki, Hillari Klinton 2008-ci ildə Demokrat Partiyasında prezidentliyə namizədlik yarışında Barak Obamanın əsas rəqibi olub. Seçki kampaniyasından sonra ona ABŞ-ın 67-ci dövlət katibi olmaq təklif edilib. 2012-ci il seçkilərinə az qalmış isə Hillari Klinton bəyan etdi ki, seçkinin nəticələrindən asılı olmayaraq vəzifəini tərk edəcək.