Hillari Klinton BƏƏ, Oman və Qətərə səfər edəcək
07 Yanvar 2011 Cümə 02:00
Vaşinqton Fars körfəzi ölkələrini İranın nüvə ambisiyaları qarşısında öz dəstəyinə əmin etməyə çalışır
ABŞ prezidenti Barak Obama Hillari Klintonu Fars körfəzi bölgəsinə göndəmək barədə qərar qəbul edib. Səfərin məqsədi bölgə ölkələrini ABŞ-ın dəstəyinə əmin etməkdən ibarətdir. Çünki orada İranın nüvə ambisiyaları ilə bağlı həyəcan artmaqdadır.
Dövlət Departamentinin xüsusi nümayəndəsi Mark Toner bildirib ki, dövlət katibi şənbə günü Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. O, yanvarın 13-nədək Oman və Qətərə də səfər edəcək. Hillari Klintn hər üç ölkədə rəsmi şəxslərlə regional və ikitərəfli məsələlərlə bağlı müzakirələr aparacaq.
Bu, Hillari Klintonun Fars körfəzi rayonuna dövlət katibi qismində ikindi səfəpi olacaq. O, ötən ilin dekabrında Manamada (Bəhreyn) keçirilən beynəlxalq təşlükəsizlik məsələləri üzrə konfransda iştirak etmişdi.
DOSTLARINLA PAYLAŞ: