Hillari Klinton: ABŞ Suriyada vətəndaş müharibəsi istəmir
19 Noyabr 2011 Şənbə 04:04
Hillari Klinton: Bəşər Əsəd prezident postundan getməlidir.
ABŞ ümid edir ki, Suriya vətəndaş müharisindən qaça biləcək. Bunu İndoneziyada səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton bir sıra Amerika telekanallarına müsahibəsində deyil.
“Bəşər Əsəd prezident postundan getməlidir. Bu, zaman məsələsidir. Biz ümid edirik ki, suriyalılar vətəndaş müharibəsindən, qan tökülməsindən yayına biləcəklər. İnanırıq ki, onlar bütün lazımi islahatları həyata keçirəcəklər”, - Hillari Klinton bildirib.
Hillari Klintonun sbözlərinə görə, ABŞ Bəşər Əsəd hakimiyyətinə xəbərdarlıq edib ki, dialoqa başlamaq və islahatlara getmək lazımdır. Dövlət katibi Suriyada hazırkı vəziyyəti “çox həyəcanlı” adlandırıb. Onun sözlərinə görə, Suriya hakimiyyəti dəyişikliklərə getməsə, bu, hər kəsin qorxduğu nəticələrə səbəb ola bilər.
Jurnalistlər Hillari Klintondan ABŞ-ın Suriyadakı səfiri Robert Fordun Dəməşqə nə vaxt qayıdacağını soruşublar. Dövlət katibi bu sualdan yayınmağa çalışıb. O, israrlı suallara cavab vermək məcburiyyətində qalsa da, konkret tarix göstərməyib: “Biz onun qayıdışının vaxtını dəyərləndiririk. Amma ilk növbədə əmin olmalıyıq ki, səfir və səfirliyin əməkdaşları müdafiə olunacaqlar. Buna görə məsuliyyəti Suriya hökuməti daşıyır. Biz gözləyəcək və baxacağıq ki, yaxın günlərdə nə olacaq”.
DOSTLARINLA PAYLAŞ: