Hillari Kılintonla Sergey Lavrov arasında telefon danışığı olub
21 İyun 2010 Bazar Ertəsi 06:15
Klinton və Lavrov bir sıra beynəlxalq məsələləri, xüsusən Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı və Koreyadakı vəziyyəti müzakirə ediblər.
Beynəlxalq ictimaiyyətin Qırğızıstana münasibətdə göstərəcəyi səylər bu ölkədə humanitar böhranın nəticələrinin aradan qaldırılmasına yönəlməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Hillari Klintonla aralarında baş tutan telefon danışığında bu fikirləri söyləyiblər. Tərəflər hesab edir ki, Qırğızıstanda iyunun 27 -si yeni konstitusiya üzrə referendumun keçirilməsi bu ölkədə vəziyyətin sabitləşməsi üçün çox əhəmiyyətli olacaq. Lavrov və Klinton eyni zamanda Rusiya prezidenti Dmitri Medvedevin Birləşmiş Ştatlara səfərinin hazırlanması prosesini də müzakirə ediblər. Tərəflər bu görüş üçün hazırlanan sənədlərin məzmunundan, eləcə də Rusiya-Amerika prezident komissiyasının hazırladığı hesabatdan razılıqlarını ifadə ediblər. Klinton və Lavrov həmçinin bir sıra beynəlxalq məsələləri, xüsusən Yaxın Şərq nizamlanmasını, İranın nüvə proqramını və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: