Hidayət Orucov Abdullah Güllə görüşüb
20 Aprel 2011 Çərşənbə 15:24
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyənin diyanət işləri başqanı ilə də görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyənin diyanət işləri başqanı Mehmet Görmezlə görüşüb. Bu barədə komitənin mətbuat xidməti xəbər verib. Görüşdə idarələrarası əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğu bəyan edilib.

Dövlət komitəsi sədrinin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşdə tərəflər ümummmilli-mənəvi dəyərlərin kənar təsirlərdən müdafiəsi məsələlərini, regionda dini sabitliyi müzakirə edib, iki ölkədə vicdan azadlığının təmin edilməsi haqqında fikir mübadiləsi aparıblar.

Dövlət komitəsinin sədri həmçinin Türkiyə prezidenti Abdullah Güllə görüşüb, görüşdə böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi məsələləri müzakirə olunub. Tərəflər regionda dini sabitliyin möhkəmləndirilməsi imkanları haqqında fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin inkişaf dinamikasını qeyd edərək ölkələr arasında qarşılıqlı etimadın daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

H.Orucov Türkiyəyə rəsmi səfəri zamanı həmçinin respublikanın bir sıra rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar