Heydər Əliyev Mərkəzinin memarı tarix mərkəzinə zərər vurmaqda günahlandırılır
02 Avqust 2013 Cümə 22:54
Zaha Hədid mədəni irsin qorunmasına aid norma və qanunları pozmaqda suçlu bilinir.
Çinin mədəni irsin qorunması fondu tanınmış memar Zaha Hədidi Pekinin tarixi mərkəzinə zərər vurmaqda günahlandırıb. ANS PRESS Britaniya mətbuatına istinadən bildirir ki, söhbət Çin paytaxtında tikilmiş “Galaxy Soho” ofis, ticarət və əyləncə mərkəzindən gedir. Halbuki, sözügedən layihə Britaniya Kral Memarlar İnstitutunun (RIBA) mükafatını alıb.

RIBA-ya fond tərəfindən göndərilmiş məktubda bildirilir ki, təşkilatın üzvləri layihəyə verilən mükafatdan “şoka düşüblər”, çünki layihə Pekinin master-planı da daxil olmaqla “mədəni irsin qorunmasına aid bütün norma və qanunları” pozub, köhnə şəhərin mənzərəsinin qorunmasına zərbə vurub.

62 yaşlı xanım Zaha Hədid ərəb mənşəli Britaniya memarıdır, Britaniya imperiyasının ordeninin dama-komandorudur. 1980-ci ildən öz şirkətini qurmuş Zaha həm də Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar