Həsən və Hüseyn bu gün ayrılacaq
07 Aprel 2010 Çərşənbə 17:55
İrlandiyalı siam əkizləri Londonda əməliyyat olunacaq.
İrlandiyalı siam əkizləri Həsən və Hüseyn bu gün ayrılmalıdır. Bu gün uşaqların üzərində İngiltərədə cərrahiyyə əməliyyatının aparılması planlaşdırılır. Bu cür əməliyyatlarda mütəxəssis sayılan Edvard Kielinin rəhbərlik edəcəyi proses 20 saatdan artıq davam edəcək. Uşaqların həyatı vacib orqanları ayrı olsa da, onların yaşama şansı haqqında heç bir məlumat verilmir.
Uşaqlar 4 ay əvvəl İrlandiyanın Kork bölgəsində Azzedine-Anqie Benhaffaf cütlüyünün ailəsində dünyaya gəlib. Ailədə onlardan başqa Məleykə və İman adlı iki qız uşağı da var. Ailəsinin "kiçik döyüşçülər" adlandırdığı körpələr döş qəfəsindən bitişikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: