Həsən Ruhani: “Türkiyə NATO-nun raket əleyhinə müdafiə sisteminin ölkə ərazisində quraşdırılmasına
10 Yanvar 2012 Çərşənbə Axşamı 13:58
Türkiyə NATO-nun raket əleyhinə müdafiə sisteminin ölkə ərazisində quraşdırılmasına icazə verməməlidir.
. Bu, iki qonşu ölkə arasındakı etibarın daha da artması və əlaqələrin inkişafı üçün vacibdir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran İslam Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani Türkiyənin Tehrandakı səfiri Ümid Yardımla görüşündə deyib. O bildirib ki, İran Türkiyədən belə bir addım atacağını gözləmirdi: “Biz türk qardaşlarımız və dostlarımızın bunu qəbul etməmələrini gözləyirdik".

H. Ruhani Türkiyə səfirinin NATO-nun raket əleyhinə müdafiə sisteminin heç bir qonşu ölkəni təhdid etməyəcəyinə dair sözlərinə cavab olaraq bu sistemin İrana qarşı yönəldiyini söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar