Hesen Nesrullah böyük bir ordu ile Suriyaya getmeye hazırlaşır
19 Avqust 2013 Bazar Ertəsi 05:45
Hesen Nesrullah: Eger lazım gelerse men ve bütün “Hizbullah” Suriyaya getmeye hazırıq.
Livandakı “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah Suriyada döyüşmək üçün özü və təşkilatın bütün üzvləri hazır olduğu bildirən bəyanatla çıxış edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəsrullah “İyul Müharibəsi” adını verdiyi “Hizbullah” İsrail müharibəsinin növbəti il dönümü ilə bağlı tədbirdə çıxış edərək bildirib ki, hazırda hərəkat çox güclüdür və döyüşlərin sayı isə günü-gündən artır.

“Hizbullah” təşkilatının lideri 2006-cı ildə İsraillə müharibədə və "İyul Müharibəsi" adlı qarşıdurmanın 7-ci ili dönümü səbəbindən etdiyi çıxılşda təşkilatın əvvəlki illərdən daha güclü və silahlı sayının kifayət qədər olduğunu iddia etdi.

Onun sözlərinə görə, Suriyada 5 min "Hizbullah" yaraqlısı var və bu sayı 10 min olacaq. "Əgər lazım gələrsə mən və bütün “Hizbullah” Suriyaya getməyə hazırıq".




DOSTLARINLA PAYLAŞ:

oyunlar