Hərbi təyyarə qəzaya uğradı, 27 sərhədçi öldü
25 Dekabr 2012 Çərşənbə Axşamı 20:50
Hadisə Qazaxıstanda baş verib
Qazaxıstanın cənubunda Sərhəd Xidmətinə məxsus “An-72” tipli hərbi təyyarə qəzaya uğrayıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən istinadən verdiyi məlumata görə, təyyarədə 27 nəfər vəfat edib.
Ölənlərdən 7 nəfər ekipaj üzvü, 20 nəfər hərbçi olub. Həlak olanlar arasında Qazaxıstan Sərhəd Xidmətinin rəisi, polkovnik Turqanbek Stambekov da var.
Təyyarə Astana-Şımkent marşrutu üzrə reys yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Hadisə yerində xilasetmə işləri və araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: