Hərbi təyyarə küçəyə düşdü
25 May 2010 Çərşənbə Axşamı 17:30
Türkiyədə baş verən qəzada üç nəfər yaralanıb
Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Türkiyə Quru Qoşunlarına aid olan “Cessna 182” tipli bir mühərrikli təyyarə havaya qalxdıqdan qısa zaman sonra yaşayış sahəsinə düşüb. Əvvəlcə elektrik naqillərinə ilişən, sonra isə yaşayış binası önünə düşən təyyarənin üç nəfər heyət üzvü xəstəxanaya çatdırılıb.
Samandıra hərbi hava limanından Bursa hava limanı istiqamətində uçan təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən qəzaya uğradığı bildirilir. Yaşayış sahəsinə dağılan yüksək okatanlı tez alışan yanacağın alışmaması üçün təyyarənin qalıqları üzərinə köpük püskürdülüb.
“Cessna 182 Turbo Skyline” təyyarəsinin qiyməti 398 500 dollardır. Təyyarə iki pilot və iki sərnişin üçün nəzərdə tutulub. 1406 kiloqram ağırlıqla havaya qalxa bilən təyyarə maksimum saatda 278 kilometr sürətlə 1722 kilometr məsafə uça bilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: