Hərbi sursat anbarında partlayış
06 İyun 2012 Çərşənbə 04:46
Yaxınlıqda olan yerli sakinlər qorxudan evlərini tərk edib
Bolqarıstanın Sliven şəhərinin yaxınlığındakı hərbi sursat anbarında partlayış baş verib. “euronews” saytının yaydığı məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Mülki müdafiə idarəsinin direktoru Nikolay Nkolov verdiyi açıqlamada partlayış nəticəsində seysmologiya idarəsinin 1.5 bal gücündə silkələnmə qeydə aldığını deyib.

Məlumata görə, hadisənin baş verdiyi hərbi sursat anbarında məhv edilmək üçün ayrılmış tonlarla top mərmisi olub və xəsarət alanlar da anbarın işçiləridir. Partlayış yerli sakinlər arasında təşvişə səbəb olub. Ərazinin yaxınlığında olan Lozenes kəndinin sakinləri isə qorxudan evlərini tərk ediblər.

Anbarın rəhbəri Desislav Delev partlayışın baş verdiyi yerdə kimyəvi maddə olmadığını, burda adi partlayıcı mərmilərin saxlanıldığını deyib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar