Hərbi ekspert 20 illik həbsə göndərildi
29 Yanvar 2010 Cümə 19:45
Vaxtanq Maisaya Rusiya xeyrinə casusluqda ittiham olunur
Tiflis şəhər məhkəməsi hərbi politoloq Vaxtanq Maisayanı Rusiya xeyrinə casusluqda ittiham edərək 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, 2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında gedən münaqişə zamanı Maisaya Rusiyanın xüsusi xidmət orqanlarına hərbi mahiyyətli operativ məlumatlar ötürübmüş.

Politoloq isə öz növbəsində ona qarşı irəli sürülən ittihamları rədd edir və günahsız olduğunu hesab edir. Bu barədə onun vəkili Natiya Korkotadze bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar