Hərbi akademiyada kursant generalı öldürdü
06 Avqust 2014 Çərşənbə 10:17
Bu, indiyə qədər Əfqanıstanda öldürülən ən yüksək rütbəli ABŞ hərbçisidir.
Əfqanıstanın paytaxtı Kabil şəhərindəki hərbi akademiyada şok qətl hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, əfqan kursantlardan biri ABŞ kontingentinə mənsub general-mayoru güllələyib.
Məlumata görə, yaxın məsafədən açılan atəş nəticəsində həyatını itirən general indiyə qədər Əfqanıstanda öldürülən ən yüksək rütbəli hərbçidir.
Əfqan bir komandirin də güllələndiyi hücum nəticəsində öldürülən amerikalı generalın adı açıqlanmayıb.
Hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Hadisə barədə açıqlama verən Taliban qruplaşması həmin akademiyada onlara bağlı kursantlar olduğunu, hadisəni törədən şəxsin onlardan biri olub-olmadığını hələlik bilmədiklərini qeyd ediblər.
DOSTLARINLA PAYLAŞ: