Hər sərnişinə 27.500 dollar cərimə ödəniləcək
22 Dekabr 2009 Çərşənbə Axşamı 10:30
Bu qanun layihəsi 3 aydan sonra qüvvəyə minəcək
Amerika Birləşmiş Ştatlarının Nəqliyyat Nazirliyi yeni qanun layihəsi qəbul edib.
Belə ki, yeni qanuna görə, aviaşirkətlər bundan sonra təyyarələrdə sərnişinləri üç saatdan çox saxlaya bilməyəcəklər.
ANS PRESS-in “The Washington Post”a istinadən yaydığı məlumata görə, yeni qanuna görə, bu müddət ərzində ya təyyarə havaya qalxmalı, yaxud da sərnişinlərin salonu tərk etməsinə aviaşirkət imkan yaratmalıdır.
Bu qanunun müddəaları pozulduğu halda, aviaşirkət hər bir sərnişinə cərimə olaraq 27.500 dollar ödəməli olacaq.
Bundan başqa, təyyarənin iki saatdan çox kecikdiyi halda, aviaşirkət hər bir sərnişini təmannasız olaraq qida, içməli su və ayaqyolundan istifadə etməsinə şərait yaratmalıdır.
Qeyd edək ki, qanun layihəsi 3 aydan sonra qüvvəyə minəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: