Hər ölkə vətəndaşına 3559 dollar ianə
19 Yanvar 2011 Çərşənbə 06:10
Küveytin müstəqilliyinin 50-ci ildönümü münasibətilə ölkə rəhbərliyi həmçinin hər bir vətəndaşına ərzaq kuponu paylayacaq.
Küveytin müstəqilliyinin 50-ci ildönümü münasibətilə ölkə rəhbərliyi 1 milyon vətəndaşına 3559 dollar ianə və ərzaq kuponu paylayacaq. Küveyt əmiri Şeyx Sabah əl Əhməd əl Cabir əl Sabahın əmri ilə 2011-ci il fevralın 1-də qüvvəyə minəcək qərar ölkədə yaşayan 2.2 milyon əcnəbi miqranta şamil olunmayacaq.

Qeyd edək ki, ərzaq bağlamasının içində düyü, yumurta, süd var və bu paketlərin paylanması 2012-ci il martın axırına qədər – 14 ay davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar