Dünya şöhrətli pop kral Maykl Ceksonun ölümündən on gün keçməsinə baxmayaraq, hələ də dəfn edilməyib. Həyatının son vaxtlarında tək qalan məşhur ulduzun cənazəsi uğrunda mübahisələr başlayıb. ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, ulduzun harada torpağa tapşırılacağı hələ məlum deyil. Çünki onun məzarının dünyanın hər tərəfindən turistlərin gələcəyi güman edilir. Bu səbəbdən onun məzarından da gəlir götürmək istəyənlərin sayı artır.
Ceksonun doğulduğu Gary qəsəbəsinin bələdiyyə başçısı Rudy Clay məşhur ulduzun doğulduğu yerdə torpağa verilməsini istəyib. «AFP» xəbər agenliyinə danışan Afrika ölkəsi Fildişi sahilləri kralının spikeri Ahissan Nogbou isə Maykl Ceksonun ölkəsində dəfn edilməsini istəyib. Paytaxt Sanvidə Cekson üçün anıt məzar hazırlamaq istədiklərini dilə gətirən Nogbou «O bizim övladımız idi, nəşini istəyirik»,- deyib. Pop kralı Makyl Cekson 1992-ci ildə babalarının izini tapmaq üçün Fildişi sahillərini ziyarət edib və babalarının doğulduğu kəndi ziyarət etmişdi.
Bir rus iş adamı Ceksonun Rusiyanın paytaxtı Moskvada Leninin yanında basdırılması üçün 3 milyard dollar verməyə hazır olduğunu açıqlayıb. /ANS PRESS/