Həmsədrlərin yolları İrəvanda ayrıldı
26 Noyabr 2010 Cümə 22:50
Robert Bradtke ilə İqor Popov Bakıya qayıdıb, Bernar Fasye isə Parisə uçub
Məlum olduğu kimi bu gün günorta Bakıdan Ermənistana gedən ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye və İqor Popov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla görüşüb. Bir neçə saat bundan əvvəl Robert Bradtke və İqor Popov yenidən Bakıya gəlib.

Həmsədrlərin Bakıya geri qayıtmaqda məqsədi İrəvanda apardıqları danışıqların məzmunu barədə rəsmi Bakını məlumatlandırmaqdır. ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye isə İrəvandan Parisə gedib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişi barədə Fransa rəhbərliyini məlumatlandırdıqdan sonra digər həmsədrlərlə birlikdə noyabrın 29-da Astanaya gedəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar