Həmsədrlər Nalbandanyla görüşüb
06 Noyabr 2009 Cümə 12:25
Vasitəçilər erməni nazirə Bakı səfərlərinin nəticələri ilə bağlı məlumat veriblər
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib. Həmsədrlər Nalbandyana Bakı səfərlərinin nəticələri ilə bağlı məlumat veriblər.

Vasitəçilər ötən gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesi müzakirə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar