“Həmas” türkcə xəbər saytı yaradacaq
25 Dekabr 2009 Cümə 06:30
“Həmas” türkcə xəbər saytı yaradacaq. Saytda Fələstinin tarixi, ənənələri, mədəniyyəti və xalqın həyat tərzi barədə məlumatlar da olacaq.
Fələstində “Həmas” təşkilatının hərbi cinahı olan “İzzəddin Əl Qəssam” briqadası türkcə internet saytı yaradacaq. “Əl Cəzirə” internet saytına məlumat verən təşkilatın rəsmisi məqsədlərinin Fələstin həqiqətlərini doğru və tərəfsiz olaraq dünyaya çatdırmaq olduğunu deyib. Bunun üçün saytlarının bir neçə dildə yayımlandığını deyən təşkilatr rəsmisi türklərin də onları daha yaxşı başa düşməsi üçün bu addımı atdıqlarını bildirib. Bundan başqa, saytda Fələstinin tarixi, ənənələri, mədəniyyəti və xalqın həyat tərzi barədə məlumatlar da olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: