Həmas təşkilatı Misirdə baş verənlərə münasibətini açıqladı
18 Avqust 2013 Bazar 07:33
Biz, Misir hadisələrinə görə heç kimi müdafiə etməyəcəyik.
“Həmas təşkilatı Misirdə baş verən son hadisələrə görə, heç kimin mənafeyini müdafiə etməyəcək”. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu açıqlama Qəzza bölgəsində hakimiyyətdə olan və Misirdəki “Müsəlman Qardaşlar”la yaxın əlaqələri olan Həmas hərəkatı tərəfindən səsləndirilib.
Belə ki, təşkilatın nümayəndəsi Sami Əbu Zühri bəyanatla çıxış edərək, təşkilatın Misirin daxili işlərinə qarışmayacaqlarını bildirib.
Əbu Zühri qeyd edib ki, Həmas Qəzzadakı hər hansı bir qrupun Misirin daxili işlərinə qarışmasına yol verməyəcək.
DOSTLARINLA PAYLAŞ: