HƏMAS lideri Tehrana çağırıldı
13 Dekabr 2009 Bazar 19:30
Mahmud Əhmədinejad HƏMAS-ın siyasi lideri Xaled Maşaalı qəbul edib
Bu gün İran prezidenti Mahmud Əhmədinejad HƏMAS hərbi qruplaşmasının siyasi lideri Xaled Maşaal ilə Tehranda görüş keçirib. İran mətbuatının verdiyi məlumata görə, görüşdə Fələstin daxilindəki vəziyyət və muxtariyyatın İsrail ilə olan münasibətləri müzakirə edilib.

Görüş zamanı Maşaal İsrail ilə aparılan danışıqların heç bir nəticə vermədiyi bildirib. O, İsrail ilə danışıqlar aparmaq əvəzinə Fələstin Milli proqramı ətrafında qüvvələrin birləşməsi təklifini irəli sürüb.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar