HƏMAS lideri oğlunu övladlıqdan rədd etdi
02 Mart 2010 Çərşənbə Axşamı 17:05
Şeyx Həsən Yusifin oğlu İsrail casusudur
HƏMAS-a məxsus olan internet saytında təşkilatın qurucularından biri olan Şeyx Həsən Yusifin İsrail həbsxanasından yazdığı məktub dərc olunub.

Məktubda Şeyx Həsən oğlu Musab Yusifi övladlıqdan rədd etdiyini bildirib. Belə bir qərar qəbul etməkdən təəssüf hissi duyduğunu bildirən Həsən Yusif oğlunun “Allaha inanmaması və düşmənlə əlbir olması” səbəbindən başqa çıxış yolunun qalmadığını yazıb.

Xatırladaq ki, İsrailin “Haaretz” qəzeti bir müddət öncə Musab Həsən Yusifin İsrail Daxili Kəşfiyyat Xidməti olan “Shin Beth”in agentlərindən biri olduğunu yazmışdı. 20 yaşından etibarən İsrail tərəfinə xəbər ötürən Musabın məlumatları əsasında aralarında “Əl Fəth” qruplaşmasının üzvü Mervan Barqutinin də olduğu bir çox Fələstin döyüşçüsü ələ keçirilib. HƏMAS liderlərindən olan İbrahim Həmid və təşkilatın istifadə etdiyi partlayıcıları hazırlayan Abdulla Barqutinin də yaxalanması Musabın “Shin Beth”ə verdiyi məlumatlar əsasında mümkün olub.

32 yaşında olan və "Yaşıl Şahzadə" kimi tanınan Musab 10 il öncə xristianlığı qəbul edib. İndi Kaliforniyada yaşayan Musabın dinini dəyişməsi isə onun 2008-ci ildə verdiyi bir müsahibəsində məlum olub. Hazırda onun Ameriakda “HƏMAS-ın oğlu” adlı avtobioqrafik kitabı hazırlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar