HƏMAS İsraillə barışığı dayandırdı
20 Avqust 2011 Şənbə 05:05
“Bundan sonra düşmənlə heç bir barışıq yoxdur”
Qəzza bölgəsində hakim HƏMAS qruplaşması İsraillə iki ildir davam edən barışığın sona çatdığını bəyan edib. Məlumatı “Reuters” agentliyi yayıb. Məlumata görə, buna İsrail ordusunun Eylat şəhərindəki terror aktlarına cavab əməliyyatları səbəb olub.

“Bundan sonra düşmənlə heç bir barışıq yoxdur”, - 2009-cu ildə İsraillə atəşkəs elan etmiş HƏMAS-ın bəyanatında deyilir.

Qeyd edək ki, İsrail ordusu ötən gün Qəzza bölgəsinə çoxsaylı raket zərbələri endirib. Hücumlar nəticəsində ölənlərin sayının 14 nəfərə çatdığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar