HƏMAS britaniyalı jurnalisti azad etdi
12 Mart 2010 Cümə 10:20
Bir aydır həbsdə olan Pol Martin Britaniya diplomatlarına təhvil verilib
Qəzzaya nəzarət edən HƏMAS liderləri bir aydır ki, həbsdə olan Böyük Britaniya jurnalisti Pol Martini nəhayət azadlığa buraxıb. Martin HƏMAS gözətçiləri tərəfindən Qəzzanın İsrail sərhədində yerləşən Erez ərazisində Britaniya diplomatlarına təhvil verilib. Pol Martin İsrail sərhədində çıxış edərək azadlığa buraxılmasını medianın böyük qələbəsi adlandırıb.

Qeyd edək ki, Pol Martin fevralın 14-ü Qəzzaya daxil olmaqla İsrailə xəbər ötürməkdə ittiham olunan keçmiş Qəzza hərbçisinin məhkəməsində şahid qismində iştirak etmək istəyib. Martin azad jurnalist olmaqla HƏMAS-ın 2007-ci ildə Qəzzada nəzarəti ələ keçirməsindən sonra həbs olunan ilk əcnəbi hesab olunur. Onun həbsi beynəlxalq təşkilatlar arasında böyük narahatlığa səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar